"AZERRAİL" evdə debutanta uduzub
Bu gün qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 3025/26-ci illər mövsümünün ikinci turuna start verilib. Turun ilk oyunu AVF-nin idman zalında keçirilib. Nominal ev sahibi kimi çıxış edən və Azərbaycan voleybolunun flaqmanı sayılan "AZERRAİL" klubu çempionatın debutanti olan "DH Volley" klubunu qəbul edib. Görüş gözlənilənin əksinə olaraq, debutantin qələbəsi ilə bitib - 2:3 (25:23, 20:25, 11:25, 25:23, 12:15).
Turun növbəti oyunları oktyabrın 21-də və 23-də keçiriləcək.
21 oktyabr. "Murov Az Terminal" - "Gəncə" ("Murov Az Terminal" klubunun idman zalı, saat 16:00);
23 oktyabr. "Turan" -"Gənclər" (AVF-nin idman zalı, saat 17:00).
Kişilərin analoji yarışında isə ikinci tura oktyabrın 22-də saat 16:00-da FHN-nin idman zalında "ORDU" - "Xilasedici" görüşü ilə start veriləcək. Oktyabrın 24-də isə elə həmin məkanda "Neftçi " - "Murov Az Terminal " görüşü olacaq (saat 16:00).
İNTİQAM Məmmədov


