Badmintonçumuz Edi Reski Dvicayo Praqada üçüncü olub
Çexiyanın paytaxtı Praqada badminton üzrə İnternational Challenge kateqoriyalı "Czech Open" beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan yığmasının lideri Edi Reski Dvicayo da iştirak edib. ABF-dən verilən məlumata görə, təmsilçimiz yarımfinala qədər irəliləməklə bürünc medal qazanıb.
Yeri gəlmişkən, startda fransalı Valentin Sinqeri 2:0 (21:12, 21:13) hesabla üstələyən Edi 1/8 finalda hindistanlı Dalal Şaşvatı eyni hesabla məqlub edib - 2:0 (21:12, 21:19).
O, 1/4 finalda isə ispaniyalı Pablo Abıandan üstün olaraq yarımfinala yüksəlib - 2:0 (21:15, 21:14). Yarımfinala çıxmaqla bürünc medalı özünə təmin edən Edi təəssüflər olsun ki, finala çıxışda indoneziyalı Məhəmməd Yusufla bacarmayıb - 0:2 (14:21, 17:21).
İNTİQAM Məmmədov


