Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Vaxtında gəlmədin

Nə yaşa baxırsan, nə də ki başa,

Taylarım şəkilin vurdurub daşa,

Millətin ağzı da gələcək aşa,

Axı necə olar qədir-qiymətim?

Vaxtında gəlmədin, ay məhəbbətim.

 

Gözlərim eynəksiz yaramır işə,

Dərdiyim meyvələr batmayır dişə,

Bilmirəm nə deyim vaxtsız gəlişə,

O dili yanmışa artır rəğbətim,

Vaxtlnda gəlmədin, ay məhəbbətim.

 

Niyə əl çəkmədin canımdan, nədən?

Özünü daşıya bilməyir bədən,

Onunla üz-üzə gələndə hərdən,

Bir xoş təbəssümü mənim cənnətim..

Vaxtında gəlmədin, ay məhəbbətim.

 

Kimin qapısını döyə bilərəm?

Kimlərə özümü öyə bilərəm?

Bu sirri mən kimə deyə bilərəm?

Nağıla bənzəyər mənim söhbətim,

Vaxtında gəlmədin, ay məhəbbətim.

 

Elə bil əvvəldən əlbir oldunuz,

Taleh süzgəcində xəlbir oldunuz,

Necə ki cavandım, dilbir oldunuz,

Nə sən qapı açdın, nə şan-şöhrətim,

Vaxtında gəlmədin, ay məhəbbətim.

Məmməd Əvəzoğlu

Best coffeeshop in Berlin