Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçularımızdan Nəsrin Abdullazadə və Onur Qurbanov AÇ-nin yarımfinalına yüksəlib

Montoneqronun Budva şəhərində 15 yaşlı uşaqlar arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də mübarizə apardığı Avropa çempionatı davam edir. Dünən çempionatda iki boksçumuz 1/4 final mərhələsini də qələbə ilə başa vuraraq, adlarını yarımfinala yazdırıblar. Onlar bu mərhələyə adlamaqla, həm də ən azından çempionatın bürünc medalını özlərinə təmin ediblər. Söhbət 1/4-də türkiyəli Esila Yıldırıma qalib gələn Nəsrin Abdullazadə (40 kq) və Onur Qurbanovdan (42 kq) gedir.  Adıçəkilən cütlüyümüzdən Nəşrin yarımfinalda (23 oktyabrda) İrlandiya təmsilçisi Elliemay Feterdtonla, Onur isə finala çıxışda (24 oktyabrda) ingiltərəli Mason Lendio ilə üzləşəcək.

32 ölkəni təmsil edən 369 boksçunun mübarizə apardığı çempionata oktyabrın 25-də final döyüşləri ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin