Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Elçin Səlimlinin "Görüşünə gəlmişəm" adlı kitabının təqdimatı oldu

21.04.2024 cü il, Sumqayıt şəhərində "YURD" ədəbi-bədii, elmi-publisist jurnalının əməkdaşı, AYB-nin üzvi, "Qızıl Qələm" media mükafatçısı şair publisist Elçin Səlimlinin Sumqayıt Tarix Muzeyində yeni çapdan çıxmış "Görüşünə gəlmişəm" adlı kitabının təqdimatı oldu.

Təqdimatda Bakıdan gəlmiş "YURD" jurnalının baş redaktoru AYB-nin, AJB-nin üzvi, Rəsul Rza diplomu laureatı Balayar Sadıq, jurnalın redaktoru AJB, AYB-nin üzvi şair publisist Zahra Məmmədova, redaktor müavini AJB, AYB-nin üzvi şair publisist Püstə Hüseynova, jurnalın əməkdaşı AJB-nin üzvi şair publisist Almaz Alıqızı Allahverdiyeva, jurnalın şöbə müdiri AJB, AYB-nin üzvü şair publisist Əli Yusif, jurnalın əməkdaşı şair publisist Bayram Tovuzlu və Sumqayıt şairlər-yazarlar iştirak edirdilər.

Təqdimatı jurnalist İradə xanım açılış etdi. Torpaqlarımız uğrunda dünyasın dəyişən şəhidlərin ruhuna bir dəqiqəlik sükutla yad etdik.

İradə xanım Elçinin yaradıcılığı haqqında danışdı və uğurlar arzuladı.

Sonra jurnalın baş redaktoru şair publisist Balayar Sadiqə söz verdi. Balayar müəllim jurnalın təsis etdiyi diplomla Elçin müəllimi təbrik etdi.

İradə xanım təqdimat iştirakçı şairlərə söz verdi. Çıxışlarda şairlər Elçin müəllimin şeirlərindən parçalar söylədilər və yaradıcılıq uğurları arzu etdilər.

Püstə Hüseynova

Best coffeeshop in Berlin