Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda ilk dəfə Ailə və Evlilik sərgisi təşkil olunub +FOTOLAR

Oktyabrın 23-25-də Bakıda ilk dəfə Azərbaycanın ən böyük Ailə və Evlilik sərgisi təşkil olunur.

AZpress.AZ xəbər verir ki, Bakı Ekspo Mərkəzində PAŞA EVENTS-in təşkilatçılığı ilə keçiriləcək tədbir Qafqaz regionunda da öz növündə ilk olmaqla ailə həyatı və evlilik mövzusuna həsr edilən ən genişmiqyaslı platformadır.

Sərgiyə ailə qurmaq, toy hazırlıqları və ailə həyatında istifadə olunan xidmət və məhsullarla bağlı bütün sektorları təmsil edən şirkətlər qatılıb.

Tədbir çərçivəsində ölkənin ən böyük lotereya uduşları, panel müzakirələri, “fashion show” və tədbirin sonunda keçiriləcək qala gecəsi ziyarətçilərə unudulmaz təcrübə bəxş edəcək.

Sərginin məqsədi ailə və evlilik sahəsində fəaliyyət göstərən müəssisələri bir platformada birləşdirmək, eyni zamanda cütlüklərə və ailələrə faydalı məlumat, xidmət və məhsulları bir arada təqdim etməkdir.

Best coffeeshop in Berlin