Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da "Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə olub +FOTO=4

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində tarix elmləri doktoru, professor, YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə ilə görüş keçirilib. Görüşün moderatoru, BDU rektorunun elm və təhsil üzrə müşaviri, professor Aydın Kazımzadə  Ümummilli Liderin zəngin irsinin daha dərindən öyrənilməsi istiqamətində görüşün əhəmiyyətini vurğulayıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, Dilarə Seyidzadə uzun illər Ulu Öndər Heydər Əliyevin böyük idarəçilik və zəngin həyat təcrübəsinin şahidi olub.

Sonra professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Ümummilli Liderin həyatı daim mübarizələrdə keçib və o, bu mübarizələrin hamısında qalib gəlib. Ona görə də Ulu Öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.

Dahi rəhbər Heydər Əliyevin böyük dühası haqqında danışan professor onun çox diqqətli, hər bir incəliyə önəm verən bir şəxsiyyət olduğunu bildirib.

Dilarə Seyidzadə Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf, müstəqilliyimizin möhkəmlənməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edib.

İnteraktiv şəkildə keçən görüşdə professor Dilarə Seyidzadə müəllim və tələbələrin suallarını cavablandırıb.

Best coffeeshop in Berlin