Nizami və Qaradağ rayonlarında oğurluq edənlər saxlanılıblar
Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib.
AZpress.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən məişət əşyalarının talandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı E.Həsənov saxlanılıb.
Binəqədi rayonu Biləcəri qəsəbəsində isə avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş R. Ağarzayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.


