Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-23 yunan-Roma güləşi üzrə yığma komandamız 3 medalla dünya üçüncüsü olub

Serbiyanın Novi Sad şəhərində 23 yaşlı (U-23) gənclər arasında idman güləşi üzrə keçirilən dünya çempionatında yunan-Romaçıların yarışı başa çatıb. AGF-dən verilən məlumata görə, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Kamran Məmmədovla Həsən Əliyevin rəhbərliyi altında sözügedən mundiala qatılan Azərbaycan yığması 3 (2-0-1) medal və 93 xalla komanda hesabında İran (143 xal) və Ukraynadan (96 xal) sonra üçüncü olub. Qazanılan medallara gəlincə, qızıl medallar bütün görüşlərini qələbə ilə başa vuran Elmir Əliyev (55 kq) və Ziya Babaşovun (63 kq), bürünc medal isə çıxışını üçüncü yerdə bitirən Ruslan Nurullayevin (72 kq) aktivinə yazılıb. 

Yeri gəlmişkən, bu gün daha 4 sərbəst güləşçimiz mübarizəyə qatılıb. Onlardan Kənan Heybətov (70 kq) və Xetaq Qazyumov (125 kq) uqurla çıxış edərək, finala yüksəlib və ən azından mundialın gümüş medalını özünə təmin edib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin