ABL-da "Abşeron Lions" "Neftçi"ni məğlub edib
Kişi basketbol klublarının mübarizə apardığı Azərbaycan Basketol Liqasında (ABL) sayca 4-cü olan turun oyunları davam edir
Oktyabrın 25-də hesabat turu çərçivəsində daha bir oyun keçirilib. Söhbət Bakı İdman Sarayında baş tutan "Neftçi" - "Abşeron Lions" matçından gedir. Görüş qonaq komandanin qələbəsi ilə bitib - 95:100 (21:30, 19:13, 26:22, 29:35). Yeri gəlmişkən, bu oyun həm də FİBA Avropa Kuboku yarışında keçiriləcək "Neftçi" - "Abşeron Lions" matçına sınaq xarakteri daşıyıb.
Turun əvvəlki günlərində baş tutan digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
"Sərhədçi" - " Naxçıvan" - 69:78;
"Ordu" - "Sumqayıt" - 116:81;
"Quba" - "Lənkəran" - 87:102;
"Sabah" - "Gəncə" - 87:68.
Sabah isə tura Şəki şəhərindəki Olimpiya İdman Kompleksində baş tutacaq "Şəki" - "NTD Bakı" (saat 14:00) görüşü ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov


