Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-15 boks millimiz Avropa çempionatında 8 medal qazanıb 

Mehran Rəsulov bürüncləri qızıla çevirib

Montoneqronun Budva səhərində 15 yaşlı (U-15) uşaqlar arasında boks üzrə keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Avropa çempionatına yekun vurulub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, U-15 millimiz çempionatı ikisi qızıl, üçü gümüş və üçü bürünc əyarlı olmaqla 8edalla 32 ölkə arasında 6-ci yerdə başa vurub. Qızıl medalları bütün döyüşlərini qələbə ilə bitirən Mehran Rəsulovla (80 kq) Xumar Cəfərli (75 kq) qazanıb. Qeyd edək ki, bundan əvvəlki qitə çempionatlarında iki dəfə bürün medal qazanan Rəsulov bu dəfə bürüncləri qızılla əvəzləməyi bacarıb. O, finalda ukraynalı Serqiy Kotovskini məqlub edib - 5:0. Digər çempionumuz Xumar Cəfərli isə həlledici döyüşdə türkiyəli Yağmur Epyurtu üstələyib - 5:0.

Yalnız həlledici finalda büdrəyən Nəşrin Abdullazadə (40 kq), Nurlan Müseyibli (66 kq) və Yusif Ağakişiyev (75 kq) triosu gümüş medalla kifayətlənib.

Bürünc medalları isə çıxışını üçüncü yerdə bitirən Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) üçlüyü qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin