Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sərbəst güləşçilərimiz DÇ-ya bir qızıl və bir gümüş medalla başlayıblar 

Kənan Heybətov qızıl, Xetaq Karsanovsa gümüş qazanıb

Serbiyanın Novi Sad şəhərində 23 yaşlı (U-23) gənclər arasında idman güləşi üzrə keçirilən dünya çempionatı artıq finişə yaxınlaşır. Oktyabrın 26-da Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının iki üzvü final görüşünə çıxıb və bununla da U-23 millimiz mundialda medal hesabını açıb. Finalçılarımızdan biri final görüşünü də qələbə ilə bitirərək dünya çempionu olub. Digər finalçımız isə həlledici görüşdə büdrəyərək gümüş medalla kifayətlənib.

Qeyd edək ki, dünya çempionu adını qazanan Kənan Heybətov (70 kq) olub. O, həlledici finalda iranlı güləşçi Sina Xəliliylə qarşılaşıb. Güləşçimiz ilk hissədə hesabda geridə olsa da ikinci hissədə təşəbbüsü ələ almaqla, görüşü 9:4 hesablı qələbə ilə başa vurub və  karyerasında ilk dəfə dünya çempionu olub. 

Digər finalçımız - Xetaq Karsanovsa (125 kq) Heybətovun uğurunu təkrarlaya bilməyib. O, finalda üzləşdiyi İran təmsilçisi Abolfazi Necada uduzub - 0:11. Bununla da Xetaq Karsanov dünya ikincisi olub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin