Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 İslamiadada iştirak edəcək stolüstü tennis üzrə millimizin heyəti müəyyənləşib 

Məlum olduğu kimi 7-21 noyabr günlərində Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyyadda sayca 6-ci olan İslam Həmrəyliyi Oyunları (İslamiada-2025) keçiriləcək. Oyunların proqramına daxil olan idman növlərindən biri də stolüstü tennisdir. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, ölkəmizi bu növdə təmsil edəcək millinin heyəti artıq müəyyənləşib. İslamiada-2025-ə gedəcək yığmanin heyətində Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə altiliqi yer alıb. Komandaya məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərov cütlüyü rəhbərlik edəcək.

Komandamız hazırda "Şüa" İdman Kompleksində təlim-məşq toplanışını (TMT) davam etdirir. 

Onu da qeyd edək ki, İslamiadada tennis yarışları 8-13 noyabr günlərində keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin