Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallılı alimin oğlu səfir təyin edilib
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Mütəllim Mirzəyev və 2019-2024-cü illərdə Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuş, hazırda Xarici İşlər Nazirliyində çalışan Cəlal Mirzəyev Masallı rayonunun Ərkivan qəsəbəsindən (Bədirli məhəlləsi) olan, Bakı Dövlət Universitetinin Riyazi analiz kafedrasının müdiri, Əməkdar müəllim, beynəlxalq N. Boqolyubov adına mükafatın və medalın ölkəmizdə yeganə laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor Sabir Sultanağa oğlu Mirzəyevin övladlarıdır.
Akif Ağayev

Best coffeeshop in Berlin