Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan atleti Avropa birinciliyində yeni rekordla tarix yazıb

Albaniyanın Dürres şəhərində ağır atletika üzrə keçirilən və Azərbaycan yığmasının da iştirak etdiyi Avropa birinciliyi davam edir. Birincilikdə daha bir təmsilçimiz inamla yarışaraq həm çempion olub, həm də Avropada yeni rekorda imza atıb. Söhbət 79 kq çəki dərəcəsində mübarizə aparan Pərvin Alməmmədovdan gedir. Qeyd edək ki, birdən qaldırmada 151 kq ağırlığı ram edərək kiçik bürünc medal qazanan atletimiz təkanla qaldırmada isə körpücük üzərində 188 kq nəticə ilə kiçik qızıl medala sahib olub. O, iki hərəkətin cəmində isə 340 kq nəticə göstərməklə Avropa çempionu olub. Maraqlıdır ki, Pərvin Avropa çempionu olmaqla yanaşı, həm də təkanla qaldırmada və toplam nəticədə Avropa birinciliyinin  rekordunu təzələdi . 

Xatırladaq ki, Pərvizdən öncə, 65 kq çəkidə körpücük üzərinə çıxan Tehran Məmmədov 288 (133+155) kq nəticə ilə Avropa ikincisi olub. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin