Veteran cüdoçumuz Qurban Məmmədli dünya üçüncüsü olub
Dünən Fransanın paytaxtı Parisdə veteran cüdoçular arasında dünya çempionatına start verilib. Qeyd edək ki, müxtəlif yaş qrupları üzrə keçirilən mundialın ilk günü Azərbaycan yığmasının üzvü Qurban Məmmədli (+100 kq) üçün uğurlu olub. ACF-dən verilən məlumata görə, M2 yaş qrupu da çıxış edən Məmmədli çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. O, bürünc medal uğrunda görüşdə İtaliya təmsilçisi Pavel Qarışıni məqlub edib.
Xatırladaq ki, Azərbaycan komandası dünya çempionatına məşqçi Fərhad Rəcəblinin (12 qat dünya, 11 qat Avropa çempionu ) rəhbərliyi altında 34 cüdoçu ilə qatılıb.
İNTİQAM Məmmədov


