"Doğma Yurdumun Mədəniyyətlərinin ahəngi" adlı konsert keçirildi +FOTO=12
Bayramlar ərəfəsində "Doğma Yurdumun Mədəniyyətlərinin ahəngi" adlı konsert keçirildi.
Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Tatar İcması tərəfindən birgə təşkil olunmuşdu.
Tədbirin kuratorları və aparıcıları sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina və ictimai xadim, Azərbaycan Tatar İcmasının idarə heyətinin üzvü Renat İlyazov idi.
Bayram konsertinin proqramı tamaşaçılara Azərbaycanın çoxmillətli musiqi mədəniyyətinin müxtəlifliyinin tam palitrasını təqdim etmişdi. Həm gənc iştirakçılar, həm də tanınmış sənətçilər tərəfindən Azərbaycan, rus, tatar, alman və polyak bəstəkar və şairlərinin klassik və estrada əsərləri, eləcə də xalq əsərləri ifa edildi. Tamaşaçılar M.Qlinkanın, F.Şopenin, Q.Qaraevin, A.Komarovskinin, İ.Yaxinin, S.Sadıkova, S.Saydaşevin, V.Şainskinin, M.Dunaevskinin və digər bəstəkarların əsərlərindən zövq aldılar.
Hər bir çıxış ölkəmizin müxtəlif xalqlarının noyabr ayında qeyd etdiyi bayramlar, eləcə də yubileylərini qeyd edən bəstəkarlar haqqında bir hekayə ilə müşayiət olunurdu.


