"ZƏFƏR – 44" adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açıldı +FOTO=84
Böyüməkdə olan gəncliyin vətənə məhəbbət hissinin formalaşmasına xidmət, həmçinin, vətən parçasını düşmən işqalından azad etməyin necə ülvi hiss olduğunu təbliq etmək məqsədi ilə Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı tarixi Zəfərin 5-ci il dönümünə həsr olunmu ZƏFƏR – 44 adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi 5 noyabr 2025-ci tarixlərində Xətai Sənət Mərkəzində açıldı.
Tədbiri giriş sözü ilə Xətai İcra Hakimiyyəti Humanitar məsələlər şöbəsinin müdiri Pənah Hüseynov açaraq tədbir iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı. Söz alan müsabiqənin seçim heyyəti qzvləri- Absheron Buzovna art studionun rəssam-pedaqoqu Fərqanə Muradlı , Bakı Şəhəri V.Mustafazadə adına 2 № Uşaq İncəsənət Məktəbinin şöbə müdiri , rəssam-pedaqoq İlham İsmayllov, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasınn rəssam-pedaqoqu,AY Studionun rəhbəri Akif Yarışov, Xətai Sənət Mərkəzinin baş müəllimi-rəssam Gündüz Həbibov öz ürək sözlərini bölüşdülər
Tədbir Azərbaycan Rəssamlar İttifaqı , Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı , Azərbaycan Respublikası Mədəniyyət Nazirliyyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-i, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin dəstəyi ilə baş tutdu.
Nəzərinizə çatdıraq ki,müsabiqəyə ölkəmizim müxtəlif bölgələrindən 800-dən çox məktub daxil olmuş və təsviri sənət qabiliyyətli yeniyetmə və gəncimiz torpaqlarımızın işğal şəraitindəki vəziyyəti,qələbədən sonrakı quruculuq işləri, qələbənin yaratdığı əhval–ruhiyyə,ordumuzun rəşadəti, xalqımızın döyüş ruhu, həmçinin, xalq və ordu həmrəyliyini hiss etdirən təsviri sənət nümunələri təqdim etmişdilər. Təqdim olunmuş əsərlər arasından seçilən 44 əsər sərgiləndi.
Əsəri sərgilənən iştirakçılara sertifikat və Hollandiya markası Art Crationun boya dəsti hədiyyə olundu.
Tədbirin gəncliyimizin vətənpərvər ruhda yetişməsinə xidmət edəcəyinə inanırıq.
Fotolar: Mahir Əhmədov
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:
+99450 554 34 23


