Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız İslamiadaya 4 medalla başlayıblar 

Hidayət Heydərov qızıl medal qazanıb 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən və sayca 6-ci olan İslam Həmrəyliyi Oyunları (İslamiada-2025) çərçivəsində cüdo yarışlarına start verilib. Cüdo yarışının ilk günü Azərbaycan yığmasının 6 (2 kişi və 4 qadın) üzvü tatami üzərinə çıxaraq medallar uğrunda mübarizəyə qatılıb. Bunlardan dördü uqurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Medallardan biri qızıl, biri gümüş, ikisi isə bürünc əyarlı olub. ACF-dən verilən məlumata görə, qazanılan qızıl medal bütün görüşlərini qələbə ilə başa vuraraq, tatamidə məqlubiyyətin nə olduğunu bilməyən Olimpiya çempionu Hidayət Heydərovun (73 kq) aktivinə yazılıb. Gümüş medalın sahibi yalnız həlledici finalda büdrəyən Könül Əliyevanın (48 kq) payına düşüb. Buruncləri isə çıxışını üçüncü yerdə bitirən Aydan Vəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) qazanıb.

Beləliklə, tatami ustalarımız İslamiada-2025-də ilk yarış gününü bir dəst (1-1-2) medalla başa vurublar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin