Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Karateçilərimiz İslamiadada döyüşəcəklər 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-ci İslamiadada iştirak edəcək Azərbaycanin karate üzrə yığma komandası artıq yola düşüb. Azərbaycan Karate Federasiyasından (AKF) verilən məlumata görə, ölkəmiz Ər-Riyyadda üçü qadın olmaqla 6 karateçi ilə təmsil olunacaq. Onlardan biri kata, qalanı isə kumite yarısında çıxış edəcək.

Kata yarısında Roman Heydərov, kumitedə isə Fatimə Cəbrayılova (50 kq), Mədinə Sadiqova (55 kq), İrina Zaretska (68 kq), Nuran Rzazadə (67 kq) və Turqut Həsənov (84 kq) öz bacarığını göstərəcək. 

Komandaya AKF-nin vitse-prezidenti Rəhman Hətəmov, baş məşqçi Şahin Atamov və böyük məşqçi Şahin Xudaverdiyev başçılıq edəcək.

Daha bir təmsilçimiz, beynəlxalq dərəcəli hakim Cahangir Babayevsə ölkəmizi ədalət qoruyucuları arasında təmsil edəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin