Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Səadət Qərib: 

QAÇMAQ İSTƏYİRƏM ÇOX UZAQLARA

Bəzən ətrafimda hər şey qaralır,

O zaman bilmirəm gedim mən hara.

O anda qəlbindən bir istək keçir,

Qaçmaq istəyirəm çox uzaqlara.

 

Elə bir yerə ki, orda ümidin,

Qoynunda bir bağı, bir gölü ola,

Gölün qıragında kiçik bir koma,

Qapısı,bacası lap uçuq ola.

 

Qaçmaq istəyirəm o yerlərə ki,

Orda gəncliyimi qoyub gəlmişəm.

Bu ömür təngnəfəs yanımdan keçib,

Mən onun səsini hiss etməmişəm.

 

İçimdə hay- haray salan kəlmələr

Qəlbimin içində açıblar yara.

Ardımca “ getmə, qal” deyənim də yox,

Qaçmaq istəyirəm çox uzaqlara....

SƏADƏT QƏRİB

Best coffeeshop in Berlin