Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan millisi İslandiyanı qəbul edir 

Bu gün futbol üzrə DÇ-2026-nın seçmə qrup oyunları çərçivəsində növbəti turların oyunları keçiriləcək. Turnirin "D" qrupunda yer alan Azərbaycan millisi hesabat turu (5-ci tur) çərçivəsində baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında İslandiya komandasını doqma divarlar arasında qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da "Palmos Sports Arena"da başlanacaq. Oyunun taleyi montoneqrolu referi Nikola Dabanoviçə həvalə edilib.

Yeri gəlmişkən, millimiz portuqaliyalı qoca mütəxəssis Fernandu Santoşun rəhbərliyi altında İslandiyada keçirdiyi ilk oyunda darmadağın hesabla məğlub olub - 0:5.

Bundan sonra isə millimiz Ayxan Abbasovun rəhbərliyi altında Ukrayna ilə evdə sülh bağlayıb (1:1), səfərdə isə minimal hesabla uduzub - 1:2. Üçüncü turdasa səfərdə Fransaya böyük hesabla məğlub olub - 0:3.

Yeri gəlmişkən, millimiz noyabrın 16-da  Fransanı qəbul edəcək.

Hazırda "D" qrupunda vəziyyət belədir:

Komanda   O   Q   H   M   T/F   X

Fransa    4   3   1   0   9-3   10

Ukrayna    4   2   1   1   8-7   7

İslandiya    4   1   1   2   11-9   4

Azərbaycan    4   0   1   3   2-11   1.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin