Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan qarışıq qoşa yarışda bürünc medal qazanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-cı İslamiadada (İslam Həmrəyliyi Oyunları) stolüstü tennis yarışlarında qarışıq qoşa çıxışlara yekun  vurulub. Bu yarışda Azərbaycanı Adil Əhmədzadə/Mərziyyə Nurmətova tandemi təmsil edib. Qeyd edək ki, yarımfinala qədər inamla irəliləyən cütlüyümüz bu mərhələdə türkiyəli rəqiblərinə uduzaraq üçüncü yeri tutub və bürünc medala layiq görülüb.

Xatırladaq ki, bundan öncə isə qadın komandamız eyni uğura imza atıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin