Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda qadının saxladığı itlər narazılığa səbəb oldu: "Get bax, gör səni dişləyəcək?"

Bakının Xətai rayonu Vunq Tau küçəsi, 16 ünvanındakı binada yaşayan Raisa Nəzirovanın evində saxladığı itlər qonşuların narazılığına səbəb olub.

Sakinlərin sözlərinə görə, qadının itləri onlara hücum etdiyi üçün uşaqlar da, böyüklər də qorxu içində yaşayırlar.

"Dörd-beş iti var. Çöldən tapdığı heyvanları gətirib evdə saxlayır. İtlər bizə hücum edirlər", - deyə sakin bildirib.

Sözügedən problemlə bağlı Raisa Nəzirova isə söyləyib ki, onun saxladığı itlər təhlükəli deyil:

"Mənim itlərim kimə mane olur?! Evdə it saxlamağa haqqım var. Onlar təhlükəli deyillər. Get bax, gör səni dişləyəcək?"

Daha ətraflı Baku TV-nin videomaterialında:

Best coffeeshop in Berlin
https://youtu.be/IimRYHZjwGY