Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
Növbəti köç karvanı Zəngilan rayonunun Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub.
AZpress.AZ "Report"a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentinin xüsusi nümayəndəliyini təmsil edən şəxslər iştirak ediblər.
***
Zəngilanın Ağalı kəndinə yola salınan köç karvanı yaşayış məntəqəsinə çatıb.
AZpress.AZ "Report"a istinadən xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
***
Noyabrın 14-də Bakıdan Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülür.
***
Noyabrın 14-də Bakıdan Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Zəngilan rayonunun Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


