Oxatanların "Zəfər Turniri" keçirilib
Noyabrın 15-də Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda gənclər arasında kamandan oxatma turniri keçirilib. Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi qələbənin 5 illik yubileyinə həsr olunan bu "Zəfər Turniri" gərgin mübarizə şəraitində keçib. Gənc oxatanlar yüksək nəticələrlə yadda qalıblar.
Qızların yarışında Nilufər Ağaməmmədli, Sümeyyə Bədəlli və Butik Kseniya müvafiq ardıcıllıqla ilk üç yeri bölüşüb.
Oqlanların analoji yarışında isə Sərdar Vəliyev, Nurlan Rəhimli və İslam İsayev fərqlənib.
Yarışdan sonra qalıb və mükafatçılar Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, GİN-in əməkdaşı Ülviyyə Hacıyeva və Türkiyə Kamandan Oxatma Federasiyasının beynəlxalq dərəcəli hakiml Alper Gülər tərəfindən təltif ediliblər.
İNTİQAM Məmmədov


