Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xətai Sənət Mərkəzində Buzovna qayalığında keçirilən plenerdə iştirak edən rəssamlarla görüş baş tutdu +FOTO=25

Təbiət abidələrinin qorunmasına çağırış etmək, ictimai mühitə qarşı məsuliyyət hissini artırmaq və başqa bir sıra mühüm məsələlərin həllinə dəstək məqsədilə “Xəzərin mirvarisi – Buzovna qayalıqları” layihəsinə keçdiyimiz aylarda start verilib. 3 mərhələdən ibarət olan layihənin ilkin mərhələsi uğurla başa vurulmuş, hesabatlar hazırlanıb.
Layihə çərçivəsində 2025 ci il noyabrın 15-də Xətai Sənət Mərkəzində Buzovna qayalığında keçirilən plenerdə iştirak edən rəssamlarla görüş baş tutdu. 

Tədbirə gələn ziyarətçilərin rəsm əsərləri ilə yaxından tanış oldular.
Görüş çərçivəsində qonaqlar yalnız plenerdə yaranmış əsərləri vizual olaraq izləyərək, həm də bu əsərlərin yaranma prosesinə bələd oladular. Qayalıqların təbiətində baş verən dəyişikliklər, insanın təbiətlə münasibətinin sənət dilində ifadəsi və ekoloji mövzuların rəssamların fərdi yaradıcılıq yanaşmalarında necə əks olunduğu müzakirələrin əsas xəttini təşkil etdi. 
Rəssamlarla dialoq zamanı incəsənətin ekoloji problemlərə diqqət çəkmək gücü, bu gücün hansı alətlərlə formalaşa bildiyi, sənətçinin təbiət qarşısında məsuliyyətinin olub-olmaması kimi suallar üzərində quruldu. Eyni zamanda, müzakirələr incəsənətin yalnız zövq vermək üçün yaradılıb-yaradılmadığı, yoxsa cəmiyyətin qarşılaşdığı real problemləri işıqlandırmaq kimi əlavə bir öhdəliyinin olub-olmadığı barədə fərqli baxışların səslənməsinə imkan yaratdi.
Bu görüş layihənin əsas ideyasını – təbiətin qorunması ilə incəsənətin qarşılıqlı əlaqəsini geniş ictimaiyyətə çatdırmaq məqsədini daşıyır və yaradıcı yanaşmanın təbiətə münasibətdə formalaşdırdığı baxışın cəmiyyət üçün nə qədər önəmli olduğunu vurğulayır.

Fotolar: Mahir Əhmədov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+99450 554 34 23

Best coffeeshop in Berlin