Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

“Yaşıl dünyanı qoruyaq" adlı yaradıcılıq  müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi

30.04.2024-cü il tarixində saat 15:00-da Elm və Təhsil Nazirliyi “2 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin Neftçilər filialında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl dünyanı qoruyaq" adlı yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi uşaq və gənclərin ekoloji biliklərini artırmaq, onlar arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin, təbiətin və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılmasıdır.
Bakı şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnək üzvləri arasında təşkil olunan müsabiqəyə  3 yaş  qrupunda (6-10, 11-13, 14-17)   "EKO-əl işləri", "EKO-dəb" və "EKO-bloger" nominasiyaları üzrə  100-ə yaxın əl işi və videoçarxlar göndərilmişdir.
Müsabiqədə peşəkar münsiflər heyəti  Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya entodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova, Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin Baş Prodüsseri  Nazilə Babayeva tərəfindən seçilən hər yaş qrupu və nominasiyalar üzrə I, II, III yerlər qalibləri diplom və hədiyyələrlə təltif olundu. Tədbirdə həmçinin, Mərkəzin “Təbəssüm” rəqs qrupu bir-birindən maraqlı rəqslərlə çıxış etdi.
Həmin tədbirə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Entodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovaya və Azərbaycan Televiziya, Radio verilişləri Qapalı Səhimdar Cəmiyyətinin baş prodüsseri Nazilə Babayevaya dəvət olunub.

Rüstəm Fərman

 

 

Best coffeeshop in Berlin