Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mənfəət, əmlak və torpaq vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirildi

Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

yenilənmiş qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət - 2025-ci il yanvarın 1-dən 6 il müddətinə vergidən azad edilib.

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak vergisini ödəməkdən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə torpaq vergisini ödəməkdən azad olunub.

Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2016-cı il mayın 1-dən 14 il müddətinə gömrük rüsumundan azad edilib. İndiyə qədər bu müddəti 10 il idi.

Best coffeeshop in Berlin