Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçumuz Kənan Nəsibov Zaqreb Qran-prisinin qalibidir 

14-16 noyabr günlərində Xorvatiyanın paytaxtı Zaqrebdə kişi və qadınlar arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli Qran-Priyə yekun vurulub. Turnirin üçüncü günü Azərbaycan üçün daha uğurlu olub. Belə ki, son gündə tatamiyə çıxan cüdoçularımızdan (5 nəfərdən) ikisi inamla guləşərək mükafatçılar sırasında yer alıb və fəxri kursuyə qalxıb. Qazanılan iki medaldan biri qızıl, digəri bürünc əyarlı olub. 

Qızıl medal bütün görüşlərini qələbə ilə başa vuran Kənan Nəsibovun (+100 kq) aktivinə yazılıb. Yeri gəlmişkən, startda Gürcüstan təmsilçisi Gela Zaalisvilini, ardından isə öz komanda yoldaşı Camal Qamzatxanovu və avstriyalı Stefan Xeycini üstələyən Kənan finala yüksəlib və burada da hollandiyalı Yur Staykersi məqlub edərək turnirin qalibi olub.

Günün bürünc medalını isə Vüqar Talıbov (90 kq) qazanıb. Xatırladaq ki, turnirin start günü isə Hüseyn Allahyarov (60 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan millisi Zaqreb Qran-Prisini 3 (1-0-2) medalla komanda hesabında 5-ci yerdə başa vurub .

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin