Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kosmosda ilişib qalmış Çin astronavtları Yerə qayıtdılar

Çinin "Şençjou-21" kosmik gəmisinin kapsulu orbitdə ləngiyən "Şençjou-20" gəmisinin ekipajı ilə birlikdə Çinin şimalındakı Dunfen poliqonuna uğurla eniş edib.

Bu barədə Çinin Mərkəzi Televiziyası bildirib.

Jurnalistlər qeyd ediblər ki, "Şençjou-21"nin heyəti xüsusi olaraq "Şençjou-20"yə kömək məqsədilə göndərilib.

Noyabrın əvvəlində altı ay kosmosda qaldıqdan sonra üç Çin astronavtının gəmidəki qayıtma kapsulunda yaranan problemlər səbəbindən Yerə qayıda bilmədikləri məlum olub. Çinin pilotlu uçuş proqramını idarə edən qurumun məlumatına görə, ekipaj yaxşı vəziyyətdə olub. Onlar normal rejimdə yaşayıb və işləyiblər.

"Tyanqun" stansiyasında qaldıqları müddətdə onlar bir neçə elmi təcrübə keçirib və açıq kosmosa çıxışlar ediblər. Astronavtların əvəzlənməsi üçün göndərilən heyət artıq oktyabrın 31-də kosmik laboratoriyaya çatıb.

Best coffeeshop in Berlin