Xankəndi şəhərində inzibati binanın tikintisi üzrə beş milyon manatlıq tender elan edildi
Xankəndi şəhərində Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin inzibati binasının tikintisi ilə bağlı tender elan edilib.
Tikinti işlərinin ehtimal olunan dəyəri 5 milyon 23 min 59 manat məbləğində nəzərdə tutulur.
Tenderə dekabrın 12-də yekun vurulacaq.
Müasir memarlıq üslubunda yeni üçmərtəbəli inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb.
Baş İdarənin binasının 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.


