Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın şahmatçıların komanda dünya çempionatı davam edir

Noyabrın 18-də İspaniyanın Linares şəhərində qadın şahmatçılar arasında komanda dünya çempionatına start verilib. Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, mundialda 12 komanda iki qrupda (A və B) dairəvi sistem üzrə mübarizəyə başlayıb. Heyəti Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ayan Allahverdiyevadan ibarət olan Azərbaycan komandası mundialın A qrupunda Peru, Qazaxıstan, ABŞ, Rusiya və ev sahibi  İspaniya ilə birlikdə yer alıb. Millimiz start günü iki oyun keçirib. Perunu 3:1 hesabla üstələyən millimiz, ikinci turda Qazaxıstan millisinə məqlub olub - 1,5:2,5.

Yeri gəlmişkən, B qrupunda isə Çin, Gürcüstan, Ukrayna, Fransa, Özbəkistan və Hindistan mübarizə aparır. 

Reqlamentə görə, dairəvi sistem üzrə keçirilən qrup mərhələsindən (5 tur) sonra hər qrupda ilk 4 yeri tutan komanda pley-offa (1/4 final) çıxacaq. Mundiala noyabrın 23-də saat 13:30-da başlanacaq final oyunu ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin