Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN

Mahir Süleymanov: 

9 MAY - QƏLƏBƏ GÜNÜDÜR

MÜQƏDDƏS TORPAQ!!!

"Torpaqdan pay olmaz!" deyirlər. Bizim evdə isə 39 il əvvəl minnətdarlıq əlaməti olaraq Sevastopoldan atama göndərilmiş bir ovuc Krım torpağı var. Sağlığında atam bu bir ovuc torpağı sinəsini bəzəyən döyüş orden-medallarından üstün sayardı. Deyərdi ki, 1941-1942-ci illərdə alman-rumın diviziyalarının aramsız hücumlarından qoruduğum bu torpaq həm də qədim tatar-türk torpağı olduğuna görə mənim üçün ikiqat müqəddəsdir...

İndi ictimai fikirdə fərqli yanaşmalar olsa da, zənnimcə, 9 May - Qələbə gününün Azərbaycanda bayram kimi qeyd edilməsi çox düzgün münasibətdir. Bu, İkinci Dünya savaşında iştirak etmiş 600 mindən çox azərbaycanlıya, müxtəlif cəbhələrdə əsgəri şücaət göstərmiş, qəhrəmanlıqları, igidlik nümunələri ilə gənc nəslə daim örnək olan ata-babalarımıza böyük hörmət və ehtiramın əlamətidir.

ŞƏKİLDƏKİ YAZININ RUS DİLİNDƏN TƏRCÜMƏSİ BELƏDİR:

"Qəhrəman şəhər Sevastopolun müqəddəs torpağı.

1941-1942-ci illərdə şəhərin müdafiəsində iştirak etmiş Süleymanov Bəybala Güləli oğluna.

9 may 1985-ci il".

Best coffeeshop in Berlin