Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"İÇİMİZDƏKİ İŞIQ" adlı sərgi keçirildi +FOTOLAR

20.11.2025-ci il tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və "Zəfər Yolu" İctimai Birliyi ilə birlikdə gözdən əlil, nitq qüsurları olan uşaqlara həsr olunmuş "İçimizdəki İşıq" adlı sərgi-tədbir keçirilib. 

Tədbirin açılışını edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Prof.Dr.Tarek Mohammad qonaqları salamlamış, onlara uğurlar arzu etmiş və bu tədbirin sağlamlıq məhdudiyyəti olan uşaqlar üçün böyük önəm kəsb etdiyini vurğulamşdır. 

Daha sonra "Zəfər Yolu" İctimai Birliyinin sədri Pərvanə Salmanqızı tədbir iştirakçılarını salamlamış, tədbirin 20 noyabr – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilməsinin alqışa layiq və dəyərləndirilməli addımlardan biri olduğunu dilə gətirmişdir. O, qeyd etdi ki, əngəlli uşaqların rəsm əsərləri, hər bir çəkdiyi xətt, hər bir rəngi — həm qabiliyyətlərinin, həm də qəlblərinin saf dünyasının təcəssümüdür. İctimai Birliyin sədri sonda Misir Ərəb Respublikasının Səfirliyinə dərin təşəkkürünü bildirib. 

Sonda çıxış edən Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Houssam Eldine Reda belə bir tədbirin təşkili üçün çox sevincli olduğunu, eləcə də sağlamlıq məhdudiyyətli uşaqlara dəstək olduğu üçün məmnun qaldığını dönə-dönə vurğulamış və gələcək zamanda da onlarla birlikdə tədbirlər təşkil etmək arzusunda olduğunu bildirmişdir.

Tədbir musiqi ifaları ilə davam etmiş, işirakçılar şeirlər söyləmiş və müxtəlif rəqslər nümayiş etdirilmişdir.

Unutmayaq ki, içimizdəki işıq ətrafımızı hər zaman aydınlığa çıxarır. Bu, insanın özünün mənəvi bir işığıdır. Ən qaranlıq anlarda belə, içində bir işıq yandıra bilərsən. Gün batsa da, içimizdəki heç zaman işıq sönməsin...

Xeyransa İsmayılova,

Fotolar: Mahir Əhmədov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+99450 554 34 23

Best coffeeshop in Berlin