Qadın şahmat millimiz dünya çempionatının yarımfinalında
İspaniyanın Linares şəhərində Azərbaycan millisi də daxil olmaqla planetin ən yaxşı 12 qadın şahmat millisinin iştirakı ilə keçirilən komanda dünya çempionatı davam edir.
Reqlamentə görə komandalar ilkin mərhələdə iki qrupda (A və B) dairəvi sistem üzrə 5 turda mübarizə aparıblar. Ardından qruplarda ilk 4 yeri tutan komandalar mübarizəni 1/4 finaldan davam etdiriblər (cütlər 2 dəfə qarşılaşmaqla):
1-ci tur:
Rusiya - Özbəkistan - 3,5:0,5; ABŞ - Çin - 3:1; Azərbaycan - Gürcüstan - 2:2;
Qazaxıstan - Hindistan - 3:1.
2-ci tur:
Rusiya - Özbəkistan - 3,5:0,5; ABŞ - Çin - 1:3; Azərbaycan - Gürcüstan - 2,5:1,5; Qazaxıstan - Hindistan - 1,5:2,5.
Tay-brek: ABŞ - Çin - 0,5:3,5, Qazaxıstan - Hindistan - 2,5:1,5.
1/2 final:
Rusiya - Çin;
Azərbaycan - Qazaxıstan.
İNTİQAM Məmmədov


