Azərbaycan İslamiada-2025-i 59 medalla 10-cu yerdə bitirib
7-21 noyabr günlərində Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyyadda sayca 6-cı dəfə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi İslamiada-2025 (İslam Həmrəyliyi Oyunları) başa çatıb. Qeyd edək ki, iştirakçı ölkələr arasında 42 ölkə medal qazananlar sırasında yer alıb. Azərbaycan komandası İslamiada-2025-i 9-u qızıl, 19-u gümüş və 31-i bürünc əyarlı olmaqla 59 medalla bitirib. Bu göstərici ilə Azərbaycan medal sıralamasında yalnız 10-cu yeri tutub. Nəticə etibarı ilə, Azərbaycan İslamiadalar tarixində özünün ən zəif nəticəsini göstərib. Bundan əvvəl isə ölkəmiz 2005-il ildə 8-ci olmaqla zəif olmuşdu. İndi isə..... 10-cu...
Medal sıralanmasında birinci yeri 155 (72-44-39) medalla Türkiyə tutub. İkinci yerin sahibi aktivinə 96 (29-35-32) medal yazdıran Özbəkistan komandası olub. İlk üçlüyü isə 81 (29-19-33) medalla İran komandası tamamlayıb.
İNTİQAM Məmmədov


