Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı “AzAqroTaxıl MMC “nin işləri ilə tanış olub +FOTO=38
Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində fəaliyyət göstərən «AzAqroTaxıl» MMC 2500 hektara yaxın ərazidə kənd təsərrüfatı məhsullarının əkini və becərilməsi ilə məşğuldur.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 19-da Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən MMC-nin əkin sahələrinə baxış keçirilib. Səfər zamanı pambıq yığımı prosesinin gedişi yerində izlənilib, növbəti ilin əkininə hazırlanan torpaq sahələri ilə tanışlıq olub.
Şirkət tərəfindən pambıq, qarğıdalı, arpa, buğda, yonca kimi strateji əhəmiyyətli bitkilərlə yanaşı, meyvəçilik sahəsində də uğurlu işlər həyata keçirilir. Belə ki, müəssisəyə məxsus ərazilərdə badam, şaftalı və xurma bağları salınıb. İcra başçısı burada yeni salınmış bağ sahələri ilə də tanış olub.
Söhbət zamanı bildirilib ki, görülən işlər kənd təsərrüfatının inkişafı istiqamətində atılan mühüm addımları və məhsuldarlığın yüksəldilməsinə yönələn məqsədyönlü tədbirləri əks etdirir.
Fotolar: Mais İbrahimov
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:
+994503585041
https://www.youtube.com/watch?v=JObBy0Lvk-0


