Hitlerin “Qurd yuvası”nın altından ayaqları və əlləri olmayan skeletlər tapılıb
Latebra Fondundan bir qrup arxeologiya həvəskarı Adolf Hitlerin Polşadakı qərargahı olan və "Qurd yuvası" kimi tanınan evin altında ayaqları və əli olmayan beş skelet aşkar ediblər.
Skeletlərin aprelin 29-da "Luftwaffe"nin baş komandanı "Hermann Goering"ə məxsus villanın döşəməsinin altından aşkar edildiyi dəqiqləşir. Qalıqlar üç böyük, biri yeniyetmə və bir körpənin qalıqlarıdır. Onların hamısının ayaqları və əlləri çatışmırdı. Hazırda onların kimliyini müəyyən etmək mümkün deyil. Bundan əlavə, arxeoloqlar və məhkəmə-tibb ekspertləri onların cəsədlərinin nə vaxt villanın döşəməsinin altına düşdüyünü dəqiq öyrənə bilməyiblər.
Hazırda tapıntı ilə bağlı istintaq araşdırmalarına başlayıb.
İkinci Dünya müharibəsi zamanı Qurd yuvası təxminən 200 binadan ibarət idi və Polşanın şimal-şərqində 250 hektar ərazini əhatə edirdi. Kompleksin çox hissəsi 1945-ci ilin əvvəllərində geri çəkilmə zamanı nasist qoşunları tərəfindən məhv edildi. İndi onun ərazisi turistlər üçün açıqdır.


