Tatami ustalarının ölkə çempionatı keçiriləcək
5-7 dekabr günlərində Bakı İdman Sarayında kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.
ACF-dən verilən məlumata görə seçmə xarakterli bu çempionatda həm kişi, həm də qadın tatami ustaları 7 çəki dərəcəsində mübarizə aparacaqlar. Ümumilikdə 14 çəkidə qaliblər müəyyənləşəcək. Çempionatın ilk iki günü (5-6 dekabr) fərdi, son gündə (7 dekabr) isə komanda yarışı olacaq.
Təsnifat mərhələsinin görüşləri hər gün saat 10:00-dan başlanacaq. Günün ikinci sessiyasında (saat 17:00) isə medal uğrunda görüşlər keçiriləcək.
Arenaya giriş sərbəstdir. Yarış canlı olaraq da ACF-nin "YouTube" kanalında canlı yayımlanacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



