Kişi basketbol millimiz Şimali Makedoniyaya yollanıb
Noyabrın 27-də kişi basketbolçulardan ibarət yığma komandalar arasında EuroBasket-2029-un təsnifat mərhələsinin oyunlarına start veriləcək. Sözü gedən turnirdə Azərbaycan yığması da iştirak edəcək. ABF-dən verilən məlumata görə, yığma komandamız həmin gün Şimali Makedoniya millisinin qonağı olacaq. Bu məqsədlə də komandamız adıçəkilən ölkəyə yollanıb.
Millimizin heyətində aşağıdakı oyunçular yer alıb:
Emmanuel Aqbasan, Vesli Van Bek, Əkbər Məmmədov, Ulaş Turqut, Elşad Şirzadov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanli və Şirzad Şirzadov.
İNTİQAM Məmmədov


