Moldova Parlamenti Rus Evinin bağlanmasına səs verdi
Moldova Parlamenti Kişinyovdakı Rus Evinin fəaliyyətinə dair Rusiya ilə bağlanmış müqavilənin ləğvini təsdiqlədi.
Bu qərar hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan 52 parlament üzvü tərəfindən iclasda yekun oxunuşda qəbul edilib. Müxalifətdəki Demokratiya Evdə Partiyasından olan beş parlament üzvü də qərarı dəstəkləyib.
Sənəddə deyilir: "Moldova Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 1998-ci il oktyabrın 30-da Moskvada imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişi ləğv etmək. Xarici İşlər Nazirliyi bu sazişin ləğvi barədə Rusiya tərəfinə məlumat verəcək".


