Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Şirvan Open-2025" beynəlxalq şahmat turniri başa çatıb 

Azərbaycan Şahmat Federasiyasının (AŞ F), Gənclər İdman Nazirliyinin (GİN), Şirvan şəhər İcra Hakimiyyəti və Şirvan şəhər OİK-nin birgə təşkilatçılığı, SOCAR-ın sponsorluğu və "Sirab"in tərəfdaşlığı ilə keçirilən Şirvan şəhər keçirilən "Şirvan Open-2025" beynəlxalq şahmat turniri başa çatıb. Qeyd edək ki, "Chess Tour Azerbaijan" lahiyəsi çərçivəsində keçirilən və sayca 8-ci olmaqla ilin son şahmat yarışı sayılan bu turnirdə 8 ölkəni təmsil edən 240 şahmatçı iki qrupda (A və B) mübarizə aparıb. AŞF-dən verilən məlumata görə, ümumi  mükafat fondu 22.650 AZN təşkil edən bu turnirin A qrupunda qalib adını hindistanlı zəka sahibi Mayank Chakraborty qazanıb. İkinci yeri Vüqar Rəsulovun tutduğu bu yarışda ilk üçlüyü Subhayan Kundu (Hindistan) tamamlayıb. Bu üçlük müvafiq olaraq 5100, 3500 və 2000 manat pul qazanıb.

Turnirin B qrupunda isə ilk üç yeri Məhərrəm Cəfərov, Əli Səlimzadə və Fuad Məmmədov tutub. B qrupunda ilk üç yerin sahibi müvafiq olaraq, 1000, 700 və 500 AZN-lə təltif olunub.

Yeri gəlmişkən, Festivalda təşkil edilən rapid yarışında Murad İbrahimli, blitsdə isə Vüqar Manafov fərqlənib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin