Cüdoçuların Abu-Dabi Dəbilqəsinə start verilib
Bu gün BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) paytaxtı Abu-Dabidə böyüklər arasında cüdo üzrə reytinq xarakterli "Böyük Dəbilqə" turnirinə start verilib. Turnirin ilk günü Azərbaycan yığmasının 4 üzvü tatamiyə çıxacaq. Onlardan ikisi 66, ikisi isə 66 kq çəki dərəcəsində mübarizə aparacaq.
ACF-dən verilən məlumata görə, 60 kq çəkidə Əhməd Yusifov ilə Balabəy Aqayev, 66 kq-da isə Ruslan Paşayevlə Rəşad Yelkiyev çıxış edəcək. İlk cütlüyümüz mübarizəyə 1/8 finaldan, ikinci cütlüyümüzsə 1/16 final mərhələsindən qatılacaq.
Reqlamentə gorə, təsnifat görüşləri saat 10:00-dan, finallar isə 17:00-dan başlanacaq.
Final görüşləri İdman TV-də canlı yayımlanacaq.
İNTİQAM Məmmədov


