Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Tağı Nəsibov AÇ-da üçüncü olub

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşlı (U-23) boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı artıq finişə yaxınlaşır. Bu gün çempionatda yarımfinal mərhələsinin döyüşlərinə start verilib. Bu mərhələdə iştirak edən üç təmsilçimizdən biri döyüşünü üçüncü yerdə başa vurub. Söhbət 60 kq çəki dərəcəsində rinqə çıxan və finala çıxışda bolqarıstanlı boksçu Radoslav Rosenovla döyüşən Taqi Nəsibovdan gedir. Nəsibov dünya üçüncüsü olan təqibinə uduzaraq bürünc medalla kifayətlənib.

Bu gün daha iki boksçumuz yarımfinal döyüşünə çıxacaq. 

50 kq çəki dərəcəsində Sübhan Mamedov irlandiyalı Luis Runiylə, +90 kq-da isə Səbuhi Əlizadə Xorvatiya təmsilçisi Marko Perkoviçlə döyüşəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin