Kişi basketbol millimiz Şimali Makedoniyaya darmadağınla uduzub
Dünən kişi basketbolçular arasında EuroBasket-2029-un (FİBA EUROBASKET-2029) təsnifat mərhələsinin qrup oyunları keçirilib. Qeyd edək ki, turnirin "A" qrupunda yer alan Azərbaycan yığması həmin gün ilk tur çərçivəsində Şimali Makedoniyada yerli komandanın qonağı olub. Paytaxt Skopyedəki "Kale" arenada baş tutan görüş yerli komandanın darmadağın hesablı qələbəsi ilə başa çatıb - 87:49 (22:13, 18:8, 23:16, 24:12).
Həmin gün qrupda keçirilən digər oyunda isə Lüksemburqla İrlandiya qarşılaşıb.
Yiqmamiz növbəti matçını noyabrin 30-da Bakıda Lüksemburqa qarşı keçirəcək.
Təsnifat mərhələnin qalan görüşləri 2026-ci ildə baş tutacaq.
İNTİQAM Məmmədov


