Boksçumuz Sübhan Mamedov Avropa çempionu olub
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşlı (U-23) gənc boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatı bu gün həlledici final döyüşləri ilə başa çatıb. Çempionatın son günü yiqmamizin üzvü Sübhan Mamedov (50 kq) üçün uğurlu olub. Belə ki, son final döyüşünü də qələbəylə bitirən boksçumuz Avropa çempionu adını qazanıb. O, həlledici finalda Ukrayna təmsilçisi Maksim Rudikdən güclü olub - 4:1. Yeri gəlmişkən, Sübhandan bir gün öncə isə yığmamızın üzvlərindən Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan da daxil olmaqla, 33 ölkəni təmsil edən 271 boksçunun iştirak etdiyi Avropa çempionatına məşqçi Elburus Rzayevin rəhbərliyi altında qatılan U-23 millimiz çıxışını 3 (1-0-2) medalla başa vurub.
İNTİQAM Məmmədov


