Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə qalib idmançılarla görüş keçirib +FOTO=17

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov taekvondo üzrə Avropa birinciliyinin qalib və mükafatçıları ilə görüş keçirib.
Azpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, görüşdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Rüfət Quliyev və Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun müdiri Teymur Qasımov, yüksək nəticələr əldə etmiş idmançılar və onların məşqçi müəllimləri iştirak edib.
Tədbirdə çıxış edən icra başçısı sonillərdə Ağcabədidə idmanın inkişafı, uşaq,yeniyetmə və gənclərin idmana cəlb olunması stiqamətində görülən işlərdən danışıb. Rayon rəhbəri, uğurlu nəticələr qazanan idmançıları  təbrik edərək, onların rayonun adını layiqincə təmsil etdiklərini vurğulayıb.
İdmançılarda öz növbəsində göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini  bildirib, gələcək yarışlarda daha yüksək nəticələr qazanmaq üçün çalışacaqlarını qeyd  ediblər.
Qeyd edək ki, 07-09 noyabr 2025-ci il tarixlərdə Yunanıstanın Afina şəhərində keçirilən taekvondo idman növü üzrə uşaqlar arasında Avropa birinciliyidə Abdullayev Rizvan Cəliloğlu 30 kq çəki dərəcəsində I yerə, Qəribli Aysu Azər qızı 44 kq çəki ərəcəsində  III yerə,  eləcədə 19-21 noyabr 2025-ci il tarixlərdə İsveçrənin Eql şəhərində keçirilən taekvondo idman  növü üzrə   gənclər arasında Avropa birinciliyidə Səlimov Vasif Rəşad oğlu 68 kq çəki dərəcəsində  II yerə, Əliyev Novruz  Elginoğlu isə  51 kq çəki dərəcəsində III yerəlayiq  görülüblər.

Fotolar: Mais İbrahimov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+994503585041

Best coffeeshop in Berlin