Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Quliyev: 

Babalar, nənələr və Qarabağ

Qarabağı dirçəltməyin ən vacib şərtinin nə olduğunu bilirsiniz? Məncə, ən ilkin və ümdə şərt gənclərlə yanaşı baba və nənələrin oralara qayıtmasıdır. Təkcə ona görə yox ki, onlar o torpaqlara daha yaxşı bələddirlər.

Ən ümdə olan odur ki, onlar kəndçi kimi bağ, bostan, heyvanlar və ən başlıcası yerli adət- ənənələr, inanclar haqda nəzəri və praktik biliklərə malikdirlər. Məhz bu biliklərin və vərdişlərin yerli uşaqlara, gənclərə ötürülməsi Qarabağda nəsillərdən- nəsillərə ötürülən adət- ənənələrimizi, təsərrüfatlarımızı bərpa edəcək və o ellərin davamlı inkişafına zəmanət olacaq.

Yaşasın baba və nənələr!

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin