Sərhəddə atışma: 10 nəfər həlak oldu
Son bir həftə ərzində Tacikistan-Əfqanıstan sərhədində baş verən iki atışma nəticəsində beş nəfər həlak olub, beş nəfər yaralanıb.
Tacikistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu barədə Prezident Emoməli Rəhmonun təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi işgüzar görüşdə məlumat verilib.
Bəyanatda deyilir: "Son bir həftə ərzində sərhədin Əfqanıstan tərəfindən Tacikistana iki atəş açılması hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində beş nəfər həlak olub, beş nəfər yaralanıb".
Öz növbəsində Prezident müvafiq qurumlara vəziyyəti həll etmək və bu cür faciəli hadisələrin təkrarlanmasının qarşısını almaq üçün təsirli tədbirlər görməyi tapşırıb. O, sərhəd təhlükəsizliyi sahəsində qabaqlayıcı tədbirlərin gücləndirilməsinin, sürətli reaksiyanın və sərhəd bölgələrində eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıb.


